Bölgə

12.06. 2017/10:23; Gəncədə tikinti-abadlıq işləri davam edir

Gəncədə tikinti-abadlıq işləri davam edir Gəncənin mərkəzi prospektlərindən biri olan və nəqliyyatın daha çox intensiv hərəkət etdiyi Nizami prospektinin park-bulvar ərazisindən keçən hissəsində yol genişləndirilir — «Kür İnformasiya Agentliyi GanjaNews -ə istinadən bu barədə məlumat verir.

Daha ətraflı

08.06. 2017/15:19; Məleykə Abbaszadə Daşkəsən rayonunda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə Daşkəsən rayonunda vətəndaşları qəbul edib Daşkəsən rayonunda iyun ayının 8-də Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edib.

Daha ətraflı

06.06. 2017/09:06; Qazax rayonunun İcra Başçısı sərhəd kəndlərinin əhalisi ilə görüşmüşdür

Qazax rayonunun İcra Başçısı sərhəd kəndlərinin əhalisi ilə görüşmüşdür Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov  sərhəd kəndlərində əhali ilə görüşmüşdür.  Quşçu Ayrım, Məzəm, Fərəhli, Alpout və Abbasbəyli kəndlərində keçirilən görüşlərdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və  aparatın məsul işçiləri iştirak etmişlər.

Daha ətraflı

02.06. 2017/22:44;Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının IX konfransı yüksək səviyyədə keçirildi

Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının IX konfransı yüksək səviyyədə keçirildi 2 iyun 2017-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının IX konfransı keçirildi.Konfransda Milli Məclisin deputatı,YAP siyasi şurasının üzvü Mirkazım Kazımov, Milli Məclisin deputatları  Kamran Bayramov, Rövşən Rzayev, Naqif Həmzəyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Qərb bölgəsinin şəhər və rayon …

Daha ətraflı

21.05. 2017/14:25; Çex şirkətləri Gəncədə işlər görmək istəyir

Çex şirkətləri Gəncədə işlər görmək istəyir «Çex şirkətləri Azərbaycanda kənd təsərrüfatı işlərinə, pivə zavodunun açılmasına, avtomobil zavodunun təkmilləşdirilməsinə dəstək ola bilərlər». Bu fikirlər MDB ölkələrinin Ticarət və Sənayə palatasının üzvü Frantişek Masopustun rəhbərlik etdiyi 12 nəfərdən ibarət olan Çex nümayəndə heyətininin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev və şəhərin nümayəndə heyəti ilə görüşdə səsləndirilib.

Daha ətraflı

10.05. 2017/22:06; DAŞKƏSƏNDƏ 9 MAY QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISINI EVİNDƏ TƏBRİK ETDİ

DAŞKƏSƏNDƏ 9 MAY QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISINI EVİNDƏ TƏBRİK ETDİ 9 May – 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayonun Yuxarı Daşkəsən qəsəbəsində yaşayan Böyük Vətən müharibəsi veteranı Əhmədov İdris Kərəm oğlunu yaşadığı evində bayramını təbrik etdi. Əhəd Abıyev …

Daha ətraflı

05.05. 2017/22:48; Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirildi Daşkəsənlilər Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə ciddi hazırlıqla, böyük ruh yüksəkliyi ilə gəlmişdilər. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin imzaladığı sərəncama və hazırlanan tədbirlər planına uyğun olaraq rayonda bu tədbirə yüksək səviyyədə hazırlıq işləri görülmüşdü.

Daha ətraflı

03.05. 2017/13:47; Ötən üç ayda 1190 nəfər Ermənistan vətəndaşlığından imtina edib

Ötən üç ayda 1190 nəfər Ermənistan vətəndaşlığından imtina edib Ötən üç ayda 1190 nəfər Ermənistan vətəndaşlığından imtina edib — bu barədə «Aykakan jamanak» qəzeti məlumat yayıb. Qəzet yazır ki, 2017-ci ilin birinci rübündə 1190 vətəndaş Ermənistan Respublikasının vətəndaşlığından imtina etmək üçün Ermənistan polisinin Pasport-viza idarəsinə müraciət edib.

Daha ətraflı

22.04. 2017/10:02; Illizuyaların girdabında: Gürcüstan Ermənistanın blokadadan çıxmasını istəyirmi?

Illizuyaların girdabında: Gürcüstan  Ermənistanın blokadadan çıxmasını  istəyirmi? Rusiya XİN-nin rəhbəri Sergey Lavrovun bu yaxınlarda Rusiyanın Ermənistanla dəmir yolu əlaqəsinin Abxaziya vasitəsilə açılmasına qarşı olmaması haqqında  verdiyi bəyanata Gürcüstan hakimiyyətinin reaksiyası, əslində Ermənistanın təcrid olunmasının kimə sərfəlidir və zaqafqaziya respublikasının əsl  «benefisiar» blokadasının  kim olmasını əyani şəkildə nümayiş etdirdi,

Daha ətraflı

21.04. 2017/21:57; Erməni tarixçisi: «Rusiya və Türkiyə Qarabağı qaytarmağa məcbur edəcəklər»

Erməni tarixçisi: «Rusiya və Türkiyə Qarabağı qaytarmağa məcbur edəcəklər» Bu ölkələrin maraqları üst-üstə düşdüyü zaman ermənilər əziyyət çəkir. Türkiyə və Rusiyanın maraqları üst-üstə düşəndə erməni xalqı həmişə əziyyət çəkir. News.am saytına istinadən Vesti.Az-ın verdiyi məlumata görə bu barədə aprelin 21-də jurnalistlərlə görüşündə tarixçi Gevork Yazıçyan bildirib.

Daha ətraflı