Bölgə

18.10.2011/10:49; Vətənpərvərlik duyğuları aşılanır

Vətənpərvərlik duyğuları aşılanır Xalqımız belə dəhşət, müsibət görməmişdi. Xocalı faciəsi Xatın faciəsindən də betər idi. Dünya boyda faciədən sonra qurtularaq sağ qalmış xocalılar respublikamızın regionlarına səpələndilər. Xocalıların bir qismi Oğuz rayonunun ərazisində düşərgə salıblar. On doqquz ildən çoxdur ki, dərd-sərlərinə, həsrət yanğılarına burada su səpirlər. Həyatları üzücü olsa da ruhdan düşmürlər.

Daha ətraflı

16.10.2011/16:43; Şərəfli ömrün salnaməsi

Şərəfli ömrün salnaməsi   (Oğul atanın yolunu davam etdirir) Müzəkkir Qarayev ziyalı nəslinin layiqli davamçısı idi. Babası Hacı İsaq əfəndi 110 il əvvəl Kişdə dini məktəb təsis etmiş və illər ötdükcə məktəb dünyəvi elmləri təbliğ və tədris edən müəssisəyə çevrilmişdir. Haqqında söhbət açdığım orta məktəb məhz həmin təhsil ocağının bazasında formalaşaraq bu günkü səviyyəsinə çatmışdır.

Daha ətraflı

15.10.2011/10:36; Müsbət nüanslara doğru köklü dəyişiklik

Müsbət nüanslara doğru köklü dəyişiklik Şəki şəhərinin Məmməd Əmin Rəsulzadə prospektində ikimərtəbəli əzəmətli bina nəzərləri ilk baxışdan cəlb edir. Bu, Respublika Elmi — Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının Şəki bölməsinin binasıdır.

Daha ətraflı

14.10.2011/13:12; Gənclər peşələrə yiyələnirlər

Gənclər peşələrə yiyələnirlər Şəki peşə məktəbi uzun illərdir ki, səmərəli və məqsədyönlü fəaliyyəti ilə diqqəti cəlb edir. Burada hazırlanan ixtisası fəhlələr, peşə sahibləri həm Şəkinin, həm də respublikamızın digər regionlarının inkişaf etməsində öz sözlərini demişlər. Məktəbin fəaliyyəti bütün dövrlərdə peşə kadrlarının keyfiyyətli yetişdirliməsi baxımından fərqlənmişdir. Məzunlarının xoş sorağı müxtəlif yerlərdən gəlmişdir. Onlar öz işlərilə tədris müəssisəsinin adını həmişə uca tutmuşlar.

Daha ətraflı

13.10.2011/12:11; Savab peşə adamı

Savab peşə adamı Nizaməddin Vəliyev insanların ən kövrək və hüznlü  məqamları ilə bağlı olan bir sahədə çalışır. O, məzar daşları hazırlayan sexə rəhbərlik edir. Goranboy şəhər məzarıstanında və həmin rayonun Rəhimli kənd məzarıstanında yerləşən sexlərdəki sənətkarlar onun başçılığı altında işləyirlər.

Daha ətraflı

12.10.2011/12:42; Böyük ürək sahibi

Böyük ürək sahibi Bu yerlərin sakinləri, əzəmətli, vüqarlı olmaqla yaşadıqları ulu yurda bənzəyirlər. Onun şan-şöhrətini qoruyub övlad qayğıkeşliyi ilə sabahını çiçəkləndirməyi daim düşünürlər. Belə adamlardan biri haqqında söhbət açmaq istəyirəm. Özünün yenilməz qabiliyyəti ilə çoxlarının qibtə etdiyi bu insan kimdir?

Daha ətraflı

11.10.2011/13:12; Fala baxmaq və baxdırmaq küfrdür

Fala baxmaq və baxdırmaq küfrdür “Yada düşür xatirələr” kitabımda Şəki cümə məscidinin imamı Əlyəsə Əslanov barəsində ətraflı məlumat vermiş, din xadimlərinin mənəviyyatca təmiz olmalarının zəruriliyini gündəlik fəaliyyətində önə çəkməsini oxucuların diqqətinə çatdırmışdım.

Daha ətraflı

10.10.2011/16:44; Nizami ruhunun əbədiyaşar məskəni

Nizami Gəncəvi-870 Nizami ruhunun əbədiyaşar məskəni Azərbaycan və dünya poeziyasının sönməz günəşi Şeyx Nizaminin əbədiyaşar parlaq ruhu 1141-ci ildən başlayaraq bu günədək Azərbaycana Nur saçır. Dahi Nizami erkən yaşlarından ata-anasını itirmiş, yaşadığı mühit onun bir şəxsiyyət kimi formalaşmasında önəmli yer tutmuşdur.

Daha ətraflı

05.10.2011/15:14; FERMER TƏSƏRRÜFATLARI İQTİSADİYYATIN MÖHKƏMLƏNMƏSİNƏ XIDMƏT EDİR

FERMER TƏSƏRRÜFATLARI İQTİSADİYYATIN MÖHKƏMLƏNMƏSİNƏ XIDMƏT EDİR Azərbaycanın dövlət quruculuğu sahəsində aparılan əsaslı islahatlar, ictimai, siyasi, mədəni, iqtisadi, sosial sahədə qazanılan uğurlar saysız-hesabsızdır. Azərbaycanda həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində sahibkarlığın normal inkişafını təmin edəcək əiverişli şərait yaradılmışdır.

Daha ətraflı

01.10.2011/11:16; Ömür təqviminin 63-cü səhifəsi

Ömür təqviminin 63-cü səhifəsi Ulu tanrımızın yaratdığı, təbiətə bəxş etdiyi əvəzolunmaz və gözəl varlıq, yer üzünün ən şərəflisi sayılan insandır. Keçdiyi həyat yoluna məna vermək, onu yaxşı əməllərlə ziynətləndirib nur dünyasına çevirmək, əhatə olunduğu cəmiyyətin  müsbət mənəvi-əxlaqi xüsusiyyətlərindən bəhrələnmək, digərlərinə xüsusilə, gənc nəsillərə mehribanlıq, nəciblik, qayğıkeşlik, təvazökarlıq, vətənpərvərlik, xalqsevərlik, peşəkarlıq, mərdlik, dözümlülük, zəhmətkeşlik nümunəsi olmaq, mürəkkəb anlarda belə qorxmazlıq, mübarizlik, …

Daha ətraflı

15.09.2011/12:25; GƏNCƏ TƏHSİLI: UĞURLARIMIZ, PERSPEKTİVLƏRİMİZ

 «Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməyək» Ilham Əliyev GƏNCƏ TƏHSİLI: UĞURLARIMIZ, PERSPEKTİVLƏRİMİZ Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində qazanılan uğurlar, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun gündən-günə artması, dünyada ən sürətlə inkişaf edən dövlət kimi tanınması, regionların öz simasını tanınmaz ölçüdə dəyişməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində əldə edilən nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində qürur hissi yaradır.

Daha ətraflı

02.09.2011/ 09:02; QHT-lərin maliyyə hesabatlarının hazırlanması

QHT-lərin maliyyə hesabatlarının hazırlanması USAİD-in maliyyə dəstəyi ilə “ Gənc Mühasiblər” İctimai Birliyi Qeyri –Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzlə   birlikdə (İCNL) “QHT-lərin maliyyə hesabatlarının hazırlanması” üzrə layihəni həyata keçirmək üçün 17.08.2011-ci ildə Gəncə şəhərində “Qızıl Əllər” müəssisəsinin  binasında “QHT-lərin maliyyə hesabatlarının hazırlanması”-na dair təlim keçirilmişdir.

Daha ətraflı

05.03.2010/14:49 DEMƏK İSTƏDİKLƏRİM- SƏN DEMƏ, ZAMAN HEÇ NƏYİ GÖZLƏMİR

DEMƏK İSTƏDİKLƏRİM- SƏN  DEMƏ, ZAMAN HEÇ NƏYİ GÖZLƏMİR Onun haqqında həmişə nə isə demək, yazmaq istəmişəm. Lakin özümü hazır bilməmək duyğusu arzumun qarşısını kəsib. Birdən bacarmazsan, qələmin demək istədiyinin öhdəsindən gələ bilməsə necə? Ancaq indi görürəm ki, biz gözləsək də zaman gözləmir. Hər şey vaxtında deyiləndə daha qiymətli olur.

Daha ətraflı