Ölkə

07.12.2012/21:10; Məktəbin nüfuzu son illərdə artmışdır

Məktəbin nüfuzu son illərdə artmışdır (Şəki peşə məktəbi haqqında icmal)  Şəki şəhər peşə məktəbi yaradıldığı vaxtdan indiyədək səmərəli və məqsədyönlü fəaliyyəti ilə diqqəti cəlb edir. Burada hazırlanan fəhlələr ölkəmizin quruculuğunda öz sözlərini deyirlər. Bütün dövrlərdə şagirdləri kamil hazırlamaq baxımından fərqlənmiş, məktəbin məzunlarının xoş sorağı respublikamızın müxtəlif  regionlarından gəlmişdir.

Daha ətraflı

04.12.2012/15:33; Təhsildəki islahatlar öndərimizin ideyalarına əsaslanır

Təhsildəki islahatlar öndərimizin ideyalarına əsaslanır (Ağdamlı pedaqoq və köçkün tam orta məktəbinin direktoru Yelmar Əliyev təhsilin dinamik xətt boyunca inkişaf etdiyini bildirir) Yelmar Əliyevin rəhbərlik etdiyi Ağdam köçkün məktəblərindən biri doğma yurddan kilometrlərlə uzaqda fəaliyyət göstərir. Təhsil ocağı on doqquz ildir ki, Mingəçevir turist bazasının ərazisində köçkün ağdamlı uşaqları qoynuna alıb.

Daha ətraflı

01.12.2012/09:19; Ceyhun Osmanlı: “Ölkə başçısının bu sərgiyə gəlməsi, onlara verilən ən böyük dəyərin göstəricisidir”

  Ceyhun Osmanlı: “Ölkə başçısının bu sərgiyə gəlməsi, onlara verilən ən böyük dəyərin göstəricisidir”   Gənclər təşkilatlarının IV Respublika sərgisinə prezidentin gəlməsi gənclər təşkilatına verilən ən yüksək qiymətdir. Çünki, artıq bu sərgidən sonra hər bir gənclər təşkilatı dərk etdi ki, onlar şəxsən cənab prezidentin qarşısında hesabat verir və onların fəaliyyətini şəxsən prezident özü izləyir.

Daha ətraflı

28.11.2012/09:11; Multimedia Mərkəzində təlimlər keçirildi

Multimedia Mərkəzində təlimlər keçirildi  “Elektron hökumət və media” Layihəsi çərçivəsində “Elektron hökumət quruculuğundan yazan jurnalistlərin professional hazırlığına kömək məqsədilə ilk Təlimlər  keçirilib. Təlimlərdə müxtəlif KİV və Yeni media sahəsində çalışan jurnalistlər və jurnalist-tələbələr  iştirak edib.

Daha ətraflı

31.10.2012/07:42; Azərbaycan Internet Forumu konfrans keçirir

Azərbaycan Internet Forumu konfrans keçirir Bu gün Bakıda Park Inn otelində  A İF   tərəfindən təşkil olunan  “Azərbaycan İnternet İdarəçiliyi Forumu” mövzusunda Milli Konfrans   keçiriləcək. Tədbirdə dövlət, özəl və vətəndaş cəmiyyəti qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Daha ətraflı

24.09.2012/12:42; Vətən üçün yaşanan ömür

Vətən üçün yaşanan ömür (“Yada düşür xatirələr” bloknotumdan)  Elşən Əliyev Gəncədə böyük hörməti olan insanlardandır. Yaşadığı ömür, keçdiyi həyat yolu işıqlı kəhkəşanı xatırladır. O, yüksəldiyi zirvədə mətin dayanıb. Xariqə ilə dolu addımlar atan Elşəni daha yaxından tanımaq arzum məni onun işlədiyi notariat kontoruna gətirib çıxardı.

Daha ətraflı

13.09.2012/13:04; Goranboyda insanlara qayğı da var, diqqət də

Goranboyda insanlara qayğı da var,  diqqət də  Yaraşıqlı küçə və xiyabanları, park və əyləncə mərkəzləri, füsunkar mənzərəsi, göz oxşayan yaşıllığı, ətirli gül-çiçəkləri ilə diqqəti cəlb edən rayonlarımızdan biri də Goranboydur. Regionların inkişafı Dövlət Proqramı çərçivəsində gündən-günə müasirləşən Goranboyun hər bir sahəsində tərəqqi, yenilik, ürəkaçan göstəricilər var.

Daha ətraflı

12.09.2012/14:05; Qəlblərə düşən işıq

Qəlblərə düşən işıq (Ağdamlı həkim Tofiq Zeynalov barəsində gördüklərim, eşitdiklərim və öyrəndiklərim) Quzanlı qəsəbəsində son illərdə inşa edilmiş Ağdam Rayon Mərkəzi Xəstəxanasının möhtəşəm binasının birinci mərtəbəsinin geniş dəhlizində Barxudarov Əlövsət Mahmud oğlu ilə tanış oldum. Söhbət əsnasında onun hal-hazırda Tərtərin Mamırlı kəndinin ərazisindəki çadırlardan birində şəraitsiz vəziyyətdə yaşadığını öyrəndim.

Daha ətraflı

06.09.2012/09:22; Şamaxı rayonunun Avaxıl kəndində “Mototurizm” turu keçirildi

Şamaxı rayonunun Avaxıl kəndində “Mototurizm” turu  keçirildi Bu günlərdə Azərbaycan Respublikası DİN Dövlət Yol Polisi Baş İdarəsinin razılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq mərkəzinin dəstəyi, Dünya Azərbaycanlı Gənclər Birliyinin və Gənclərin Həmrəliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə  Şamaxı rayonunun Avaxıl kəndində “Mototurizm” turu həyata keçirilmişdir.

Daha ətraflı

01.09.2012/09:23; Ramil Səfərov azad olundu

Ramil Səfərov azad olundu Ramil Səfərovun Məcarıstandan Azərbaycana gətirilməsi və prezident tərəfindən əhv edilməsi ciddi hadisədir. Ermənistanın siyasi hakimiyyəti üçün bu hadisə çox ağrılı bir məsələdir və Sərkisyan iqtidarını çətin bir duruma salacaq.

Daha ətraflı

18.08.2012/10:53; Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik Hörmətli həmvətənlər! Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmuş, xalqımız əsrlər boyu öz dininə və milli mənəvi dəyərlərinə sadiqliyini qoruyub saxlamışdır. Müstəqil respublikamızda vətəndaşların vicdan və dini etiqad azadlığı ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq …

Daha ətraflı